UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Petrokub"u səfərdə 2:0 hesabı ilə məğlub edən "Sabah"ın Moldova təmsilçisi ilə iyulun 31-də keçiriləcək cavab matçına bilet satışı davam edir.
"Bayquşlar"ın sözçüsü Elnur Həmidovun Fanat.Az-a verdiyi məlumata görə, bu gün 500-dən çox bilet alınıb.
Qeyd edək ki, "Bank Respublika Arena"da baş tutacaq "Sabah" - "Petrokub" matçının start fiti saat 20:00-da səsləndiriləcək.
Nihat