AZ

Tramp Avropanı miqrasiyanın qarşısını almağa çağırıb

Vaşinqton, 26 iyun, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Avropanı miqrasiyanın qarşısını almağa çağırıb.

AZƏRTAC-ın məlumatına görə, o Şotlandiyaya eniş edərkən jurnalistlərə açıqlama verib. Bildirib ki, miqrasiya Avropanı öldürür.

“Miqrasiya məsələsində birgə hərəkət etməlisiniz, yoxsa daha Avropaya sahib olmayacaqsınız”, - deyə Tramp bildirib.

ABŞ Prezidenti, həmçinin Avropanı külək enerjisi istehsalını dayandırmağa çağırıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
79
2
azertag.az

3Mənbələr