BAKI, 26 iyul. TELEQRAF
Kamboca Tailandı atəşkəsə çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Keo Çhea jurnalistlərə bildirib.
"Kamboca dərhal və qeyd-şərtsiz atəşkəs istəyirik. Biz həmçinin mübahisənin sülh yolu ilə həllini tələb edirik", - o deyib.
Eyni zamanda, daimi nümayəndənin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının üzvləri Tailand və Kambocanı "maksimum təmkinli olmağa və diplomatiyaya" çağırıblar.