AZ

BQXK rəhbəri İsrailin Qəzzadakı əməliyyatlarını kəskin tənqid etdi

BAKI, 26 iyul. TELEQRAF

Qəzzada baş verənlərə bəraət qazandırmaq olmaz.

Teleqraf xəbər verir ki, bu bəyanatla Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Miryana Spolyariç çıxış edib.

"İnsanların əzabı və insan ləyaqətinin alçaldılması çoxdan bütün məqbul normaları - həm hüquqi, həm də mənəvi normaları aşıb", - o bildirib.

Spolyariçin sözlərinə görə, Qəzzanın mülki əhalisi "döyüş əməliyyatları zamanı və ərzaq əldə etməyə çalışarkən amansızcasına qətlə yetirilir". O, dünya birliyini bu faciəyə dərhal son qoymağa çağırıb.

"Hər hansı siyasi tərəddüdlər, bütün dünyanın gözü qarşısında törədilən dəhşətləri əsaslandırmaq cəhdləri kollektiv qabiliyyətsizlik kimi pislənəcək", - BQXK rəhbəri əlavə edib.

Seçilən
72
teleqraf.com

1Mənbələr