BAKI, 26 iyul. TELEQRAF
Serbiya hazırkı hökumət iqtidarda olduğu müddətdə Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq.
Teleqraf xəbər verir ki, bunu ölkənin baş naziri Curo Makut Nazirlər Kabinetinin iclasında deyib.
“Söhbət xarici siyasətə gəldikdə, bir daha vurğulamaq istəyirəm: nə qədər ki, mən baş nazirəm, biz Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməyəcəyik”, - Matsut qeyd edib.
Qeyd edək ki, Ukrayna müharibəsi başlayandan sonra Serbiya prezidenti Aleksandr Vuçiç xalqa müraciətində ölkəsinin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini, lakin Rusiyaya qarşı sanksiyalara qoşulmayacağını bildirib.