AZ

Starmer: Britaniya atəşkəsdən sonra Fələstin dövlətini tanıya bilər

BAKI. 26 iyul. TELEQRAF

Böyük Britaniya Qəzza zolağında atəşkəs əldə edildikdən sonra Fələstin dövlətini tanıya bilər.

Teleqraf xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Baş naziri Kir Starmer “X” sosial şəbəkəsində dərc edilmiş videomüraciətində bildirib.

"Ən yaxın müttəfiqlərimizlə birlikdə mən müharibədən əziyyət çəkənlərin həyatını dəyişəcək praktik həllərə diqqət yetirməklə regionda sülhün bərqərar olması strategiyası üzərində işləyirəm. Bu strategiya çox ehtiyac duyulan atəşkəsi uzunmüddətli sülhə çevirmək üçün lazım olan konkret addımları əhatə edəcək", - Britaniya hökumətinin başçısı bildirib.

Seçilən
50
teleqraf.com

1Mənbələr