Bakı. Trend:
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentiqanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri çəərçivəsində2025-ci il yanvarın 1-dən iyunun 30-dək 525 nəfər xarici ölkəvətəndaşını deportasiya edib. Bu da 2024-cü ilin müvafiq dövrü iləmüqayisədə 2,5 dəfə çoxdur.
Trend xəbər verir ki, bubarədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Gürcüstandan deportasiya olunanlar siyahısında birinci yerdəHindistan və İran, ikinci yerdə Çin, üçüncü yerdə isə Türkiyəvətəndaşları dayanırlar. Əcnəbilərin deopratsiyası barədə qərarıMiqrasiya Deprtamenti və məhkəmələr qəbul edir.
Deportasiya barədə xəbərdarlıq almış xarici ölkə vətəndaşı 10gündən 30 günədək müddət ərzində öz vəsaiti hesabına ölkəni tərketməlidir. Gürcüstanı könüllü tərk etdikdə əcnəbilər yalnızinzibati cərimə ilə üzləşirlər. Əcnəbilər Gürcüstanın səlahiyyətliorqanı tərəfindən müəyyən edilmiş müddətdə Gürcüstanı tərketmədikdə, onların ölkədən çıxarılması haqqında qəbul edilmiş qərarməcburi icra edilir. Həmin şəxslərin Gürcüstana girişi 2 ildən 5ilədək qadağan olunur. Gürcüstana giriş qadağası ölkəni könüllütərk edən əcnəbilərə şamil edilmir.