AZ

Peruda avtobus uçurumdan yuvarlandı, 15 nəfər öldü

BAKI. 26 iyul. TELEQRAF

Perunun mərkəzində yerləşən Xunin əyalətində avtobusun uçurumdan yuvarlanması nəticəsində azı 15 nəfər ölüb.

Teleqraf xəbər verir ki, bu barədə yerli "RPP" radiostansiyası məlumat yayıb.

Daha 27 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilir.

Hadisənin səbəbləri müəyyənləşdirilir.

Qeyd edək ki, paytaxt Limadan La-Mersed şəhərinə hərəkət edən avtobusda 66 sərnişin olub.

Seçilən
39
teleqraf.com

1Mənbələr