AZ

Polis adi diş pastasına görə yollardan birini bağladı - FOTOLAR

Amerikanın Aşeboro şəhərində polis bir sıra qəzaların baş verdiyi yollardan birini bağlayıb. Hüquq-mühafizə orqanlarının dediyinə görə, ehtimal olunan səbəb naməlum şəraitdə yolun kənarına çıxan adi diş pastası olub.

 

Sfera.az bildirir ki, diş pastası bir şəhərdə qəzaya səbəb olub. 

 

Şahidlər yolun özündən nanə iyinin gəldiyini, yol səthinin sürüşkən olduğunu bildiriblər.

 

Hadisə çərşənbə günü, iyulun 23-də bir neçə yolun kəsişməsində baş verib. Yolun sürüşkən olması səbəbindən kiçik qəzalar törədən vətəndaşlar hadisə barədə yerli polislərə məlumat veriblər.

 

Yolda yonqar və diş pastasının izləri görünüb. 

 

Şahidlər onu da əlavə ediblər ki, hüquq-mühafizə orqanlarının əməkdaşları yol örtüyünün özünə baxış keçirən zaman diş pastası izləri aşkar ediblər.

 

Departamentdən bildiriblər ki, “Tökülən mişar tozu ilə qarışdırılmış diş pastası gözəl qoxusa da, çox sürüşkən olub”.

 

Hal-hazırda, bir sıra qəzaların baş verməsinin dəqiq səbəbləri və ya diş pastasının tökülməsinə kimin və ya nəyin səbəb ola biləcəyi barədə dəqiq bir məlumat yoxdur. Polis paylaşımında şərhlərdə diqqətli vətəndaşlar bunun sənaye yonqarları və ya yerli ağac kəsmə şirkətləri tərəfindən istifadə edilən iynəyarpaqlı ağacların qalıqları ola biləcəyini yazıblar.

 

İctimai qeydlərə görə, Aşeboro yaxınlığında yerləşən bir neçə ağac emalı şirkəti var. Gün ərzində kəsişmə və yolların özləri açılıb, hazırda polis hadisə ilə bağlı araşdırma aparır.

 

Aysel

Seçilən
45
1
sfera.az

2Mənbələr