AZ

Gəncədə mənzildə köməksiz qalan şəxsin meyiti aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhərində bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən Operativ Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Seçilən
36
operativmedia.az

1Mənbələr