AZ

Naxçıvanda bəzi ərazilərə içməli suyun verilməsi dayandırılıb

Naxçıvan şəhərinin bəzi ərazilərinə bu gün içməli suyun verilməsi müvəqqəti olaraq dayandırılıb. Bu barədə “Report”un yerli bürosu məlumat verib.

Məlumata görə, Azərbaycan məhəlləsinin bir hissəsini, həmçinin Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərini içməli su ilə təmin edən magistral xətdə baş vermiş qəzanın aradan qaldırılması məqsədilə saat 09:00-dan etibarən suyun verilməsində fasilə yaranıb.

Aidiyyəti qurumlardan bildirilib ki, bərpa işləri gün ərzində tamamlanacaq və suyun verilişi əvvəlki rejimdə davam etdiriləcək

Seçilən
28
1
anews.az

10Mənbələr