AZ

Bankların əhali qarşısında öhdəlikləri artıb

BAKI, 25 iyul. TELEQRAF

Bu ilin birinci yarısında bankların öhdəliklərinin strukturunda depozit portfeli üstünlük təşkil edib.

Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, bankların cəmi öhdəliklərinin 75%-i və ya 37 milyard 353 milyon manatı depozitlərdir.

Qeyd edək ki, may ayı ilə müqayisədə bankların əhali qarşısında öhdəlikləri 1,7% artıb.

Depozit portfelinin 59.7%-i hüquqi şəxslərin, 40.3%-i fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.

Seçilən
49
teleqraf.com

1Mənbələr