“Barselona” Mark-Andre ter Ştegeni kapitan sarğısından məhrum etmək istəyir.
Publika.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, bu, qapıçının davranışı və Hansi Flik, Deko və Joan Laporta ilə effektiv əlaqə saxlaya biləcək komanda nümayəndəsinin olması ehtiyacı səbəbindən klub və məşqçilər korpusu arasında verilən birgə qərardır.
Daha əvvəl məlum olmuşdu ki, Ter Stegenin qarşıdakı kürək əməliyyatı və sağalma müddəti ilə bağlı icazəsiz açıqlamasına görə klubda narazılıq var.
Qeyd olunur ki, Ter Ştegen komandanın kapitanı kimi komanda, məşqçilər korpusu, idman departamenti və rəhbərlik arasında faktiki olaraq heç bir əlaqəyə malik deyil. Bundan əlavə, alman ən azı daha 3 ay komanda ilə ümumi işlərdən kənarda qalacaq.