AZ

Anomal istilərlə əlaqədar Azərbaycan Ordusunda tədbirlər görülür

Son vaxtlar davam edən anomal istilərlə əlaqədar Azərbaycan Ordusunun hərbi qulluqçuları arasında istivurma və günvurma hallarının qarşısının alınması məqsədilə birlik, birləşmə və hərbi hissələrdə, eləcə də, xüsusi təyinatlı təhsil müəssisələrində bir sıra tədbirlər həyata keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi qulluqçuların istivurma və günvurmadan qorunması, profilaktikası, tibbi yardımın göstərilməsi, sanitariya maarifi işlərinin aparılması sistematik təşkil olunub və nəzarət gücləndirilib.

Döyüş hazırlığı və gündəlik fəaliyyət tədbirləri günəş şüalarının birbaşa düşdüyü ərazidə deyil, əsasən kölgəlikdə keçirilir, hərbi qulluqçular kazarma şəraitində yerləşdirilir və açıq səma altında görülən xidməti işlərə cəlb olunmur.

Əsgər yataqxanaları, yeməkxanalar, tibb məntəqələri, digər xidməti və inzibati otaqlarda kondisionerlər quraşdırılıb. Bütün otaqlarda ikitərəfli hava axınının olması nəzarət altında saxlanılır.

XQ

Seçilən
16
49
xalqqazeti.az

10Mənbələr