AZ

Putin və Tramp İstanbulda görüşə bilər - ƏRDOĞAN

Prezident Rəcəb Tayyib Ərdoğan bu həftə Rusiya Prezidenti Vladimir Putin və ABŞ-ın keçmiş Prezidenti Donald Tramp ilə danışıqlar apararaq onları İstanbulda görüşdürməyə çalışacaqlarını açıqlayıb. O, bu təşəbbüsün Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində atıldığını bildirib.

Bu barədə News24.az Anadolu Agentliyinə istinadən xəbər verir. 

Ərdoğan bu fikirləri İstanbulda cümə namazından sonra jurnalistlərə açıqlamasında səsləndirib.

Prezident həmçinin İDEF 2025 sərgisinin qlobal müdafiə sənayesindəki önəmindən danışaraq, Türkiyənin bu sahədə sifarişlər almağa davam etdiyini və sənaye potensialının 20 milyard dollardan 80 milyard dollara yüksəldiyini vurğulayıb.

Xeyrənsə Piriyeva

Seçilən
70
news24.az

1Mənbələr