AZ

ABŞ Konqresindəki ermənipərəst çağırışlar: Sülhə qarşı kampaniyanın arxasında kimlər dayanır?

Bakı. Trend:

Son günlər ABŞ Konqresində 87 konqresmenin prezident DonaldTrampın administrasiyasına ünvanladığı müraciət, regionda sülhədoğru atılan addımların nə qədər həssas və təhlükəli zolaqdankeçdiyini bir daha göstərdi. Müraciətin mətni, onu imzalayanşəxslərin kimliyi və verilən mesajlar Ermənistanla dostluq qrupununermənipərəst həmsədrlərinin əməlləri fonunda oxunduqda bukampaniyanın yalnız erməni maraqlarına xidmət etdiyi deyil, eynizamanda regionda pozuculuq fəaliyyəti məqsədi daşıdığı da aydınolur. Azərbaycan üçün bu kampaniya təkcə diplomatik təzyiq deyil,həm də ərazi bütövlüyünə qarşı yönəlmiş siyasi sabotajdır.

Sülh prosesinə qarşı hücum

2020-ci ildə Azərbaycan beynəlxalq hüquqa uyğun şəkildə ərazibütövlüyünü bərpa etdikdən sonra bölgədə yeni reallıqlar yaranıb.Bu reallıqlar nəinki Azərbaycan və Ermənistan üçün, eyni zamandaregionda marağı olan bütün güclər üçün sülh və əməkdaşlıq imkanlarıyaradıb. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Başnaziri Nikol Paşinyan arasında baş tutmuş son Əbu-Dabi görüşü məhzbu məqsədlə sülh prosesini irəli aparmaq baxımından mühüm birmərhələ idi.

Lakin belə bir həssas dövrdə ABŞ Konqresindəki müəyyənçevrələrin “ermənilərin Dağlıq Qarabağa qayıtması” kimiarqumentlərlə sülh gündəliyinə hücum etməsi, əslində bu tərəqqiniləngitmək və regionu yenidən gərginliyə sürükləmək cəhdidir. Buçağırışın əsas hədəfi yalnız Azərbaycan deyil – həm də sülhprosesinə dəstək verən Tramp administrasiyasıdır. Ermənistanrəhbərliyi də daxil olmaqla bir çox beynəlxalq tərəfdaşlarAzərbaycanın ərazi bütövlüyünü tanıyır və sülh sazişi üçün şəraitinyetişdiyini qəbul edir. Məhz bu səbəbdən Konqresdəki bəzi qruplarınçağırışı sadəcə erməni maraqlarının deyil, həm də ABŞ daxilindəkisiyasi intriqaların təzahürüdür.

907-ci düzəlişin kölgəsində qalanədalət

1992-ci ildə Azərbaycana qarşı qəbul edilmiş 907-ci düzəlişəslində ABŞ-nin beynəlxalq hüququ necə selektiv şəkildə tətbiqetdiyini göstərən açıq nümunə idi. Ermənistanın işğalçılıqsiyasətinə açıq dəstək verən bu sənəd əraziləri işğal olunmuşAzərbaycana yardımın qarşısını alıb, nəticədə on minlərlə insanınhəyatına son qoyan müharibəyə səbəb olub.

Bu gün də həmin düşüncə tərzinin davamçıları olan konqresmenləryenidən eyni ritorika ilə çıxış edərək münaqişənin yenidənqızışmasını istəyirlər. Ermənistanın hazırkı vəziyyətiniformalaşdıran əsas amillərdən biri də xarici diasporun məqsədli vəbəzən qeyri-məqsədəuyğun müdaxilələridir. Diaspor təkcə maliyyədeyil, həm də siyasi alətlər vasitəsilə Ermənistanı daha çoxmüharibəyə sürükləyib, nəticədə Ermənistan regionda tam təcridolunmuş vəziyyətə düşüb. Sülhə aparan yol isə yalnız daxilikonsolidasiya və regional əməkdaşlıqdan keçir.

Tramp administrasiyası və sülhə neytraldəstək

Donald Trampın prezidentliyi dövründə ABŞ Ermənistan-Azərbaycanmünaqişəsində daha neytral və balanslı mövqe sərgiləmişdi. Xüsusiləİkinci Qarabağ Müharibəsi zamanı ABŞ rəhbərliyi Azərbaycanın özərazilərini azad etmə hüququnu tanımaqla, əslində beynəlxalqhüququn norma və prinsiplərinə sadiqliyini göstərmişdi. Bu, ermənilobbisinin narazılığına səbəb oldu və Tramp əleyhinə kampaniyalardaha da intensivləşdi.

Hazırkı müraciətin vaxtı və mahiyyəti göstərir ki, bu çağırışyalnız “ermənilərin Qarabağa qayıdışı” kimi humanitar obrazlabəzədilsə də, əslində Trampın seçkiöncəsi sülh təşəbbüslərinə qarşıyönəlib. Regionda sabitlik və əməkdaşlıq üçün vacib olan yenitəşəbbüsləri gözdən salmaq, Trampın xarici siyasət uğurlarınızəiflətmək üçün bu cür ritorikalar siyasi texnologiya vasitəsi kimiistifadə olunur.

Demokrat konqresmenlərin gizliməqsədləri

ABŞ-də erməni lobbisinin uzun illərdir, daha çox demokratlarlayaxın əlaqədə olması sirr deyil. Məlum müraciət də əsasən demokratqanadından olan və korrupsiya qalmaqalları ilə tanınankonqresmenlər tərəfindən dəstəklənib. Bu siyahıya Frenk Pallone,Bred Şerman, Adam Şiff kimi adlar daxildir. Onların sülh prosesinihədəf almalarının səbəbləri yalnız xarici siyasətlə izah olunmur.Bu şəxslər həm də uzun illər erməni diasporundan aldıqlarıqeyri-şəffaf maliyyə vəsaitləri hesabına şəxsi maraqlarını təminediblər.

Robert Menendesin korrupsiya ittihamı ilə həbsi, Adam Şiffinaraşdırmalara cəlb olunması və Trampın onları açıq şəkildə“fırıldaqçı” adlandırması, bu konqresmenlərin əsl qorxularını üzəçıxarır. Onlar Trampın “Vaşinqton bataqlığını qurudacağı” vəkorrupsioner siyasətçiləri ifşa edəcəyi fikrindən təşvişə düşüblər.Prezident İlham Əliyevin Şuşa forumunda “Vaşinqton bataqlığı”ifadəsi ilə verdiyi mesaj da təsadüfi deyildi – bu, Azərbaycantərəfinin regiondakı qeyri-səmimi oyunçuları çox yaxşı tanıdığınıngöstəricisidir.

COP29 zamanı Pallonenin Azərbaycandan “qaçışı” vəsiyasi riyakarlıq

COP29 tədbiri çərçivəsində Frenk Pallonenin Azərbaycana gəlişivə ardınca təlaşla ölkədən çıxması onun Azərbaycanla bağlıməsələlərdə nə qədər qeyri-səmimi və populist yanaşmaya sahibolduğunu göstərdi. Əgər bu şəxs doğrudan da regionda sülh vəhüquqdan danışırsa, niyə o zaman region ölkəsi olan Azərbaycanınünvanına qarşı bu qədər qərəzli mövqe sərgiləyir?

Onun da daxil olduğu bu qrupun əsas məqsədi Azərbaycanın inkişafedən beynəlxalq mövqeyinə kölgə salmaq, eyni zamanda ABŞ daxilindəTrampa qarşı kampaniyada “erməni kartından” istifadə etməkdir.

ABŞ Konqresi ədalətli və obyektivolmalıdır

Azərbaycan dövləti bölgədə davamlı sülh və qarşılıqlıanlaşma üçün konkret addımlar atır, Ermənistanla normallaşmaistiqamətində Azərbaycan nəinki siyasi dialoqa, həm də iqtisadiəməkdaşlığa açıqdır.

Lakin ABŞ Konqresindəki bəzi dairələrin regionda sabitliyipozmağa yönəlmiş təşəbbüsləri bu prosesi təhlükə altına alır.

Vaxtilə 907-ci düzəlişlə Azərbaycana haqsızlıq etmiş qüvvələrinbu gün yenidən eyni səhvi təkrarlamaması üçün beynəlxalqictimaiyyət və ABŞ cəmiyyəti öz konqresmenlərindən cavab tələbetməlidir. Əgər məqsəd doğrudan da sülhdürsə, o zaman tərəfkeşdeyil, obyektiv mövqe sərgilənməli, Azərbaycanın beynəlxalq hüquqauyğun olan mövqeyi tanınmalı və dəstəklənməlidir.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü danışıqlarmövzusu deyil. Bu, beynəlxalq hüquqla təsbit olunmuş reallıqdır.ABŞ Konqresi və onun üzvləri isə bu reallığı qəbul etməli vəregionda barışın yolunu açan proseslərə dəstək verməlidirlər –pozuculuğa deyil.

Seçilən
29
1
az.trend.az

2Mənbələr