AZ

Bakı Quba yolunda sürücü idarəetməni itirdi, avtomobil AŞDI

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Bu gün saat 06:03-də Bakı-Quba yolunun 26.5-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib. 99-KT-839 dövlət nömrə nişanlı "Nissan" markalı minik avtomobilinin sürücüsü Orxan Mehman oğlu Əliyev idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yolun kənarına aşıb".

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev deyib.

Onun sözlərinə görə, sürücü avtomobildə tək olub:

"Sürücü yuxulu olmadığını və idarəetməni itirdiyini bildirib. Hadisə nəticəsində xəsarət alan yoxdur, yol-nəqliyyat hadisəsi maddi ziyanla nəticələnib.

Faktla bağlı araşdırma aparılır".

Məhərrəm Əliyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
2
oxu.az

5Mənbələr