ABŞ-ın sabiq prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makronun Fələstini dövlət kimi tanıyacaqlarına dair açıqlamasına sərt reaksiya verib. Makronu “yaxşı biri” kimi təsvir etsə də, Tramp onun bəyanatını təsirsiz sayıb: “Makron fərqli adamdır. Pis deyil. Bir növ komanda oyunçusudur. Amma yaxşı xəbər budur: Dediklərinin heç bir əhəmiyyəti yoxdur. Fransa nə deyir-deyə bu məsələnin çəkisi yoxdur.”
Bu barədə News24.az CNN Türk-ə istinadən xəbər verir.
Qəzzada gözlənilən atəşkəsin hələ də reallaşmaması ilə bağlı danışan Tramp məsuliyyəti HƏMAS-ın üzərinə qoyub: “Sanıram ölmək istəyirlər. Bu, çox, çox pisdir. Elə bir nöqtəyə gəldik ki, işi bitirmək lazımdır.”
Tramp, HƏMAS-ın əlində az sayda israilli girovun qaldığını və bunun atəşkəs prosesini çətinləşdirdiyini bildirib: “Çox sayda girov azad edilib. İndi sonuncular qalıb. HƏMAS çox yaxşı bilir ki, bu girovlar azad edildikdən sonra nə baş verəcək. Ona görə də geriyə çəkildilər, razılıq istəmədilər. İndi döyüşməli və hər şeyi təmizləməli olacaqlar.”
Xeyrənsə Piriyeva