Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyinə dair əhaliyətəkrar müraciət edib.
Trend xəbərverir ki, müraciətdə deyilir:
“Ölkə ərazisində müşahidə olunan isti və quru hava şəraiti iləəlaqədar istirahət məqsədilə meşə və meşəətrafı ərazilərə üz tutanvətəndaşların sayında kütləvi artım qeydə alınır. Bu isə müxtəlifsəbəblərdən meşələrdə və açıq sahələrdə yanğınların baş verməriskini xeyli artırır.
Belə ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən meşə vəmeşəətrafı ərazilərdə baş vermiş yanğınların səbəblərininaraşdırmalarının təhlili nəticəsində müəyyən edilib ki, meşəyanğınları əsasən bəzi vətəndaşların ən sadə yanğın təhlükəsizliyiqaydalarına etinasız münasibəti və ya məsuliyyətsizdavranışlarından törənir. Nəzərə almaq lazımdır ki, ən kiçikehtiyatsızlıq belə meşə sahələri, flora və fauna, ümumilikdə ətrafmühit və son nəticədə cəmiyyət üçün ağır fəsadlarla nəticələnəbilər”.
Fövqəladə Hallar Nazirliyi qeyd olunanları nəzərə alaraqəhaliyə, o cümlədən meşə sahələrinə yaxın ərazilərdə yaşayan,təbiət qoynunda istirahətə yollanan vətəndaşlara bir daha müraciətedərək onları yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyəçağırır.
“Belə ki, meşədə tonqal yalnız xüsusi ayrılmış yerlərdəqalanmalı, bunun üçün ərazinin yanğına qarşı vəziyyətiqiymətləndirilməli, ağac altı, quru ot və kol-kos, ağac qırıntılarıolan ərazi seçilməməli, tonqalın ətrafındakı otlar 0,5-1 metrradiusda təmizlənməlidir. Qalanmış tonqal nəzarətsiz qalmamalı vəərazi tərk edilərkən tam söndürülməlidir. Küləkli havada tonqalqalamaq qadağandır. Unutmaq olmaz ki, tam söndürülməmiş siqaretkötüyü və kibrit çöpünün, şüşə əşyaların və yanar mayelərləislanmış materialların ətrafa atılması yanğın təhlükəsiyaradır.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükəzamanı 112-yə zəng edin”, - mlumatda qeyd edilib.