AZ

"Arsenal"ın yeni transferi Viktor Gyökereş 14 nömrəli formanı geyinəcək

"Arsenal"ın yeni transferi Viktor Gyökereş 14 nömrəli formanı seçib.

İdman.biz xəbər verir ki, jurnalist Deyvid Ornşteynin sosial şəbəkədə bu barədə məlumat paylaşıb.

27 yaşlı isveçli forvardın bu gün London klubunda tibbi müayinədən keçəcəyi gözlənilir.

O, Lissabon "Sportinq"indən transfer olunur.

Xatırladaq ki, "Arsenal"da bu nömrə ilə daha əvvəl Tyerri Anri, Teo Uolkot, Pyer-Emerik Obameyanq və digər futbolçular çıxış ediblər.

İnsayder Fabrizio Romanonun məlumatına görə, London klubu bu transfer üçün 63,5 milyon avro əsas məbləğ və əlavə 10 milyon avro bonus ödəyəcək. "Transfermarkt" portalı hücumçunun dəyərini 75 milyon avro olaraq qiymətləndirir.

Gyökereş 2024/25 mövsümündə bütün turnirlərdə 52 oyunda iştirak edib, 54 qol vurub və 13 məhsuldar ötürmə verib.

İdman.biz

Seçilən
14
1
idman.biz

2Mənbələr