AZ

Zelenski: Rusiyanın hərbi sənaye müəssisələri müharibənin real təsirlərini hiss etməlidir

“Rusiyanın hərbi sənaye müəssisələri, logistikası və hava limanları bu ölkənin başlatdığı müharibənin real təsirlərini hiss etməlidir”.

APA-nın məlumatına görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin ərazisinə gecə saatlarında pilotsuz uçuş aparatları vasitəsilə zərbələrin endirilməsinə münasibət bildirərkən deyib.

O əlavə edib ki, Rusiya tərəfinin törətdiyi əməllər cavabsız qala bilməz:

“Bu zərbələr cavabsız qala bilməz. Bizim pilotsuz uçuş aparatlarının dəqiqliklə gördüyü cavab tədbirləri sülhü yaxınlaşdıracaq üç arqumentdən biridir”.

Qeyd edək ki, ötən gecə ərzində Rusiya Dnepr ərazisinə PUA və raketlərlə ümumilikdə 235 zərbə endirib. Onlardan 200 ədədi zərərsizləşdirilib.

Seçilən
36
7
apa.az

8Mənbələr