AZ

“Fənər”in yeni sponsoru bəlli oldu

Daha əvvəl xəbər verdiyimiz kimi, “Fənərbaxça”nın yeni sponsoru ABŞ mənşəli “Chobani” şirkəti olacaq.

Apasport.az xəbər verir ki, “sarı-lacivərdlilər” razılaşmanın detalları ilə bağlı rəsmi açıqlama yayıb.

Müqaviləyə əsasən, 2025/26 mövsümündən etibarən 5+5 mövsüm müddətində stadionun ad hüquqları sponsorluğu, həmçinin 2+3 mövsüm müddətində komandanın avrokubok oyunları üçün forma sponsorluğu həyata keçiriləcək.

Stadionun ad hüquqları və sponsorluq məbləği illik 10 milyon avro olaraq müəyyənləşdirilib. 2025/26 mövsümü üçün forma sponsorluğunun dəyəri isə 4 milyon avro təşkil edir.

Sonrakı illərdə bu məbləğ minimum 4 milyon avro olmaqla, komandanın Çempionlar Liqası və ya Avropa Liqasına vəsiqə qazanmasından asılı olaraq dəyişə bilər.

“Qəbələ”dən I Liqa klubuna

Elvin Yunuszadə: “Karvan”a keçidim ən doğru qərardır"

"Neftçi"də ayrılıq - MÜQAVİLƏSİNƏ XİTAM VERİLDİ

Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi işlərinə start verilib - FOTO

Azərbaycan millisinin üzvü komandasını tərk edir - ÖZƏL

Seçilən
49
apasport.az

1Mənbələr