AZ

"Real Madrid" Vinisius Junioru satmaq fikrinə düşüb

"Real Madrid" komandasının rəhbərliyi 25 yaşlı braziliyalı hücumçu Vinisius Junioru 2026-cı ildə satmaq variantını nəzərdən keçirir.

Oxu.Az bu barədə "Defensa Central" nəşrinə istinadla xəbər verir.

"Kral klubu" 2027-ci ilin iyununda başa çatacaq müqavilənin müddətinin uzadılması ilə bağlı forvardla razılaşa bilmir.

Bildirilir ki, Vinisius maaşının Kilian Mbappenin gəliri səviyyəsinə qədər artırılmasında israrlıdır, klub isə belə şərtlərlə razılaşmağa hazır deyil.

Danışıqlar nəticə verməsə, Madrid təmsilçisi 2026-cı ildən gec olmayaraq braziliyalını satmağa çalışacaq.

"Cebheinfo.az" 

Seçilən
51
cebheinfo.az

1Mənbələr