"General Motors" konserninin Kaliforniyada yerləşən "Pasadena Advanced Design" dizayn studiyası gələcək "Chevrolet Corvette" layihəsini təqdim edib.
Avtosfer.az auto.ru-ya istinadən xəbər verir ki, bu, 10-cu nəsil "Corvette" modelinin necə görünə biləcəyi mövzusunda bir nümunədir.
Hazırda bazarda modelin səkkizinci nəsli mövcuddur. Dizaynerlərin fikrincə, növbəti mərhələdən sonra "Corvette" tam elektriklə işləyən hiperkar olacaq.
Yeni hiperkarın ölçüləri belədir: 2 767 millimetrlik təkər bazası ilə ümumi uzunluğu 4 669 mm, eni 2 184 mm, hündürlüyü isə cəmi 1 051 mm təşkil edir. Bu göstəricilərlə konsept model mövcud "Corvette C8"dən bir qədər uzun və xeyli daha alçaqdır.
Təkər disklərinin ölçüləri ön hissədə 21 düym, arxa hissədə isə 22 düymdür.