AZ

Avstraliya və Britaniya 50 illik əməkdaşlıq sazişi bağlayıb

Bakı. Trend:

Avstraliya hökuməti Birləşmiş Krallıqla AUKUS nüvə sualtı qayıqtərəfdaşlığı çərçivəsində 50 il ərzində əməkdaşlığıngücləndirilməsinə dair saziş imzalayıb.

Trend xəbər verirki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, Avstraliya, Böyük Britaniya və ABŞ arasında2021-ci ildə razılaşdırılmış AUKUS sazişi, gələcək onillikdəAvstraliyanın Çinin Hind-Sakit okean bölgəsindəki iddialarına qarşınüvə gücü ilə işləyən zərbəçi sualtı qayıqlarla təmin olunmasınınəzərdə tutur.

Bu il ABŞ prezidenti Donald Trampın administrasiyası sazişinrəsmi şəkildə yenidən nəzərdən keçirilməsini elan edib.

Avstraliya müdafiə naziri Riçard Marles Viktoriya ştatınınCilonq şəhərində Böyük Britaniyanın müdafiə katibi Con Hili iləkeçirilən görüşdən sonra iki ölkə arasında ikitərəfli sazişinimzalandığını bəyan edib.

Qeyd edilir ki, AUKUS Avstraliyanın tarixində ən böyük müdafiəlayihəsidir. Kanberra bu proqram çərçivəsində növbəti 30 il ərzində368 milyard Avstraliya dolları xərcləməyi öhdəsinə götürüb.Layihəyə ABŞ-ın istehsal infrastrukturuna milyardlarla dollarsərmayə qoyuluşu da daxildir.

Məqalədə:
Seçilən
18
az.trend.az

1Mənbələr