Ermənistanın “Hraparak” qəzeti yazır ki, Rusiya Ermənistandakı bazasını gücləndirir. Nəşr Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının əhəmiyyətli dərəcədə gücləndirilməsindən xəbər verir.
Referans xəbər verir ki,n əşrin məlumatına görə, son həftələr bazaya çoxlu sayda hərbi texnika və sursat gətirilib. Hər gün bir neçə yük təyyarəsi hərbi yüklə enir.
Çatdırılmaların məqsədi məlum deyil, lakin müxtəlif fərziyyələr irəli sürülür. Versiyalardan birinə görə, Moskva Ermənistandan mümkün geri çəkilmə məsələsində zahirən sakit mövqeyinə baxmayaraq, bununla da regionda mümkün dəyişikliklərə hazırlaşır.
Nəşr həmçinin iddia edir ki, Ermənistan hakimiyyəti baş verənlərdən xəbərdardır, lakin vəziyyəti açıq şəkildə şərh etmir