AZ

"Atletiko Madrid"dən ayrılan Saul Nigyes Braziliya klubunda - RƏSMİ

"Atletiko Madrid”dən ayrılan Saul Nigyesin yeni klubu bəlli olub.

Fanat.Az xəbər verir ki, İspaniya millisinin sabiq üzvü “Flamenqo”ya keçib.

Məlumatı Braziliya klubunun rəsmi saytı yayıb. 30 yaşlı yarımmüdafiəçi 3,5 illik müqaviləyə imza atıb.

Nigyes 17 il formasını geyindiyi “Atletiko”da 427 matça çıxaraq 48 qol və 26 məhsuldar ötürmə ilə yadda qalıb. O, ötən mövsüm icarə əsasında “Sevilya”da top qovub.

Nihat

Seçilən
47
fanat.az

1Mənbələr