AZ

İranda məhkəmə binası qarşısında terror: ölən və yaralılar var (VİDEO)

Bakı. Trend:

İranda naməlum şəxslər Pakistan sərhədinə yaxın ərazidə yerləşənZəhidan şəhər məhkəmə binasına atəş açıblar.

Trend bu barədə“Təsnim” xəbər agentliyinə istinadən xəbər verir.

Məlumata görə, hadisə nəticəsində beş nəfər həlak olub, 13 nəfəryaralanıb. Hücum edənlərdən üçü isə zərərsizləşdirilib. Hücuma görəməsuliyyəti separatçı qruplaşma öz üzərinə götürüb.

İranın Sistan və Bəlucistan vilayətinin Zəhidan şəhərində birneçə naməlum şəxs məhkəmə binasına daxil olaraq atəş açıb.Hakimiyyət orqanları yerli sakinləri hadisə yerindən uzaq durmağaçağırıblar.

Məlumata görə, hücumun məsuliyyətini "Ceyş əl-Ədl" ("ƏdalətOrdusu") adlı qruplaşma öz üzərinə götürüb. Bu qruplaşma İrandaterror təşkilatı kimi tanınır.

Məqalədə:
Seçilən
60
az.trend.az

1Mənbələr