Ağdərə rayonunun Talış, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınların söndürülməsinədə helikopterlər cəlb olunub.
“Qafqazinfo”nun məlumatına görə, səhər saatlarında başlayan yanğın küləyin təsiri ilə alışaraq geniş əraziyə yayılıb.
Yanğının güclü olan hissəsində FHN-nin yanğınsöndürən briqadaları ilə yanaşı, helikopterləri də cəlb olunub.
Helikopterlər Suqovuşan su anbarından istifadə edərək yanğınsöndürmə əməliyyatlarını davam etdirirlər.
Ziya Əmirxanlı

