Belçikalı mütəxəssis Mark Bris futbol üzrə Kamerun milli komandasının baş məşqçisi vəzifəsini tərk edib.
Arena.az bu barədə Kamerun mətbuatına istinadən xəbər verir.
63 yaşlı mütəxəssis qərarını peşəkar prinsipləri ilə bir araya sığmayan hazırkı iş şəraiti ilə izah edib. Xatırladaq ki, Bris əvvəlcə Samuel Eto’O-nun rəhbərlik etdiyi Kamerun Futbol Federasiyasının razılığı olmadan Kamerun İdman Nazirliyinin özbaşına qərarı ilə bu komandaya baş məşqçi təyin edilmişdi.
Qeyd edək ki, Mark Bris 2024-cü ildən Kamerun millisinə rəhbərlik edirdi. Bu komanda Brisin rəhbərliyi altında 12 oyun keçirib, 7 qələbə qazanıb, 5 dəfə heç-heçə edib, məğlubiyyət üzü görməyib.
Bris məşqçilik karyerası ərzində “Löven”, “Sent Trüden”, “Birşot”, “Əl-Raed”, “Nazran”, “Əl-Faysal”, “Mexelen”, “Den Boş”, “Eyndhoven”, “Muskron”, “Jerminal” kimi komandalara da rəhbərlik edib.