BAKI, 25 iyul. TELEQRAF
Şamaxı rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, rayonunun Məlikçobanlı kəndində ümumi sahəsi 120 m² olan mağazanın yanar konstruksiyaları yanıb.
Məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.