AZ

"Real Madrid" Rodrini transfer hədəfi kimi müəyyənləşdirib

Madrid "Real"ı "Mançester Siti"nin yarımmüdafiəçisi Rodrini baş məşqçi Xabi Alonsonun taktiki sistemini gücləndirəcək "açar fiqur" kimi transfer etmək niyyətindədir.

90deqiqe.Az-ın "Caught Offside" nəşrinə istinadən verdiyi məlumata görə, "kral klubu" Rodrinin transferini reallaşdırmaq üçün Rodriqo Qoes və Eduardu Kamavinganı əhatə edən barter təklifini nəzərdən keçirir. Həmçinin, "Real" bu potensial razılaşmaya əlavə olaraq İngiltərə klubuna 40 milyon avro da ödəməyə hazırdır.

Lakin "Mançester Siti" ispan yarımmüdafiəçini satmaq niyyətində deyil və onunla müqavilənin 2030-cu ilə qədər uzadılması üçün hazırlıqlar görür. 29 yaşlı futbolçunun hazırkı müqaviləsi 2026/2027 mövsümünün sonuna qədər qüvvədədir.

Seçilən
33
90deqiqe.az

1Mənbələr