BAKI, 26 iyul. TELEQRAF
"Sülh danışıqları Qərbin real gündəmində olmayıb".
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O bildirib ki, Qərb ölkələri Rusiya və Ukrayna arasında sülh əldə olunmasını istəyirlərsə, rəsmi Kiyevə silah tədarükünü dayandırmalıdırlar:
"Onlar silah tədarükü və militarizasiyadan getdikcə daha canfəşanlıqla və aqressiv şəkildə istifadə etməyə başlayırlar. Sülh danışıqları Qərbin, NATO-nun və digərlərinin real gündəmində olmayıb".