AZ

David Alaba yeni mövsümə tam hazır olmaq istəyir

Madridin "Real" klubunun mərkəz müdafiəçisi David Alaba zədədən bərpa prosesini davam etdirir.

90deqiqe.Az-ın "Marca" nəşrinə istinadən verdiyi məlumata görə, təcrübəli futbolçu 4 avqustda — yeni mövsümün hazırlıq toplanışının ilk gününə tam hazır olmağı planlaşdırır. 

Avstriyalı futbolçu yeni baş məşqçi Xabi Alonsonun dövründə əsas heyətin üzvü olmağa ümid edir. Məlumata görə, Alabanın klubla mövcud müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir və yeni müqavilə ilə bağlı danışıqlar aparılmır. Buna baxmayaraq, o, "Real"dakı son mövsümündə zədələrlə deyil, yüksək səviyyəli oyunla yadda qalmaq istəyir.

Mənbənin məlumatına görə, 32 yaşlı müdafiəçi oyun üslubunun və top ilə davranış bacarığının Alonsonun taktiki baxışlarına tam uyğun gəldiyinə inanır. Alaba həmçinin öz ətrafında peşəkar mütəxəssislərdən ibarət komanda qurub — onlar onun qidalanmasından tutmuş fiziki formasına qədər bütün detallarla xüsusi məşğul olurlar.

Seçilən
38
90deqiqe.az

1Mənbələr