"Qalatasaray" klubu nigeriyalı hücumçu Viktor Osimhenin tam transferi ilə bağlı "Napoli" ilə danışıqlarda son mərhələyə daxil olub.
90deqiqe.Az-ın məlumatına görə, tərəflər hazırda razılaşmanın son detallarını müzakirə edirlər.
Ötən mövsümü "Qalatasaray"da icarə əsasında keçirən Osimhen komandanın hücum xəttində əsas fiqura çevrilib. 41 oyunda 37 qol və 8 assistlə yadda qalan 25 yaşlı forvard klub rəhbərliyini onu birdəfəlik transfer etməyə inandırıb.
Mənbələrin verdiyi məlumata əsasən, mümkün transferin məbləği təxminən 70 milyon avro təşkil edə bilər.