BAKI, 26 iyul. TELEQRAF
Yayda ən çox istifadə edilən meyvələrindən olan qarpız ciddi infeksiya mənbəyi riskini daşıyır.
Teleqraf xəbər verir ki, mütəxəxssislər yuyulmamış kəsilən qarpızın problemlərə yol aça biləcəyini qeyd edirlər.
Mütəxəssislərin xəbərdarlığına görə, qarpızın üzərində müxtəlif “qram müsbət” və “qram mənfi” bakteriyalar ola bilər ki, bunlar da insan üçün ciddi xəstəliklərə və qida zəhərlənmələrinə gətirib çıxarar.
Bu bakterial infeksiyalardan ən təhlükəlisi salmonella infeksiyasıdır.
Salmonella infeksiyasının ilkin əlamətləri ishal və qızdırmadır.
Qarpız yeyəndən sonra bu cür əlamətlər müşahidə olunarsa, dərhal həkimə müraciət etməlisiniz.