İranın Sistan və Bəlucistan əyalətinin ədliyyə orqanlarına hücumu nəticəsində ümumilikdə 8 nəfər həlak olub.
Publika.az xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.
İlkin məlumata görə, 5 nəfər ölüb, 13 nəfər yaralanıb. Təhlükəsizlik qüvvələri ilə toqquşmada 3 terrorçu da öldürülüb.
Dərhal hadisə yerinə xilasedicilər göndərilib.