AZ

Qızıl ucuzlaşır

Xəbər verdiyimiz kimi, dünya bazarında qızıl 38 dollardan çox ucuzlaşıb.

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 38,6 dollar azalaraq 3 392,5 dollar təşkil edib.

Gümüş isə 0,86 dollar azalaraq 38,37 dollara bərabər olub.

Bəs qızılın qiymətinin ucuzlaşmasının səbəbi nədir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, qızılın qiymətindəki enmə riskli aktivlərə marağın artması ilə bağlıdır və müvəqqəti hesab olunur:

“Ümumiyyətlə, qızılı qiymətində tez-tez belə dəyişikliklər olur, ona görə də bu yenilik deyil. Son zamanlar qızılın qiymətinin aşağı düşməsinin səbəbi "riski iştahı"nın artmasıdır, yəni investorlar artıq daha çox qiymətli kağızlara, kriptovalyutlara yönəlirlər deyə öz aktivlərini qızıldan çıxarıb bu sahəyə istiqamətlənir.

Buna görə də qızılın qiymətində müəyyən enmələr müşahidə olunur. Fikrimcə, bu müvəqqəti haldı, qalıcı vəziyyət deyil.Qızılın qiymətinin təxminən 1 % qədər azalması bazarlara da elə bir ciddi təsir etmir. Lakin tendensiyanı izləmək lazımdı, əgər davam edərsə yeni trendlərin, istiqamətlər müəyyənləşdirilə bilər”.

Seçilən
74
cebheinfo.az

1Mənbələr