AZ

Bu məmurun 5 müavini, 4 müşaviri var- Bəs faydası necə?..

Son illərdə Azərbaycanda dövlət idarəçiliyi sahəsində struktur islahatları geniş vüsət alıb. İdarəetmədə çeviklik, büdcə vəsaitlərinə qənaət, təkrarlanan vəzifələrin ixtisarı və səmərəliliyin artırılması məqsədilə bir sıra strateji qurumlarda rəhbər heyətə və departament şəbəkəsinə yenidən baxılıb.

Lakin bəzi dövlət qurumlarının strukturları bu ümumi islahat kursuna uyğun gəlmir və ciddi suallar doğurur.

Editor.az-ın apardığı kiçik araşdırma göstərib ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mövcud idarəetmə modeli, çoxsaylı rəhbər postları və geniş departament şəbəkəsi ilə bu mənada xüsusi diqqət çəkir.

Hazırda ADY-də 1 sədr, 5 sədr müavini və 4 sədr müşaviri fəaliyyət göstərir ki, bu da təkcə rəhbərlik səviyyəsində 9 yüksək vəzifəli şəxs deməkdir. Eyni zamanda qurumun tərkibində 20 ayrı departament mövcuddur. 
 

Seçilən
50
7news.az

1Mənbələr