AZ

Gürcü nazir azərbaycalı gəncləri Anakliya bölgəsinə dəvət edib

“Bu forum ənənə halını alacaq və burada şahidi olduğumuz yanaşma həqiqətən də xüsusi və dəyərlidir”,

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın Təhsil, Elm və Gənclər naziri Nazir Givi Mikanadze Azərbaycan- Gürcüstan Gənclər Forumunda jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə bu forumun təşkilinə apreldə Gürcüstan Prezidentinin Azərbaycana etdiyi ilk rəsmi səfəri zamanı razılıq verilib. O, bu fürsətdən istifadə edərək Prezident İlham Əliyevə və Prezident Mixail Kavelaşviliyətəşəkkürünü bildirib:
“Bu forumun təşkilinə razılıq verdiklərinə görə Prezident İlham Əliyevə və Prezident Kavelashviliyə dərin minnətdarlığımı bildirmək istərdim. Bu forum ənənə halını alacaq və burada şahidi olduğumuz yanaşma həqiqətən də xüsusi və dəyərlidir”, – deyə nazir vurğulayıb.

Nazir həmçinin forumun əhəmiyyətindən danışaraq qeyd edib ki, gənclərin bu cür təşəbbüslərdə iştirakı ölkələrin gələcəyi üçün mühüm əhəmiyyət daşıyır:
“Burada biz gənclərin səmimi emosiyalarını görürük. Onlar sabah ölkənin qayğısına qalacaq, bizi əvəz edəcək və bu günlər ərzində qurulan dostluğu və mühüm fəaliyyətləri davam etdirəcəklər”, – deyə o bildirib.

Forum çərçivəsində Azərbaycan və Gürcüstan Gənclər və İdman nazirlikləri arasında razılıq əldə olunub ki, hər il gənclər təşkilatlarının birgə layihələrinə maliyyə dəstəyi ayrılacaq.
“Bu isə iki xalq arasında dostluq və əlaqələrin qurulması baxımından olduqca vacibdir və həm xalqlara, həm də ölkələrə xidmət edəcəkdir” – deyə Givi Mikanadze qeyd edib.

Sonda Givi Mikanadze yaxın günlərdə azərbaycanlı gəncləri Gürcüstana – Anakliya gənclər düşərgəsinə və Tbilisidə keçiriləcək oxşar tədbirlərə dəvət etdiklərini bildirib:
“Biz onları qarşılamaqdan böyük məmnunluq duyacağıq və bu emosiyalar davam edəcək. Gənc nəslimiz məhz bu cür həyatlarını davam etdirməli, ölkələri və xalqları üçün əllərindən gələni etməlidirlər. Çünki onların fəaliyyəti nümunəvidir” – deyə o əlavə edib.

Seçilən
22
teleqraf.com

1Mənbələr