BAKI, 26 iyul. TELEQRAF
"Konstruktiv cəhətlərdən biri odur ki, bütün sülh prosesi indi bizim öz əlimizdədir".
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində Əbu-Dabi görüşünün nəticələrini şərh edərkən deyib.
Prezidentin köməkçisi danışıqların konstruktiv keçdiyini bildirib:
"Qərarları yalnız Ermənistan və Azərbaycan verir - nə ruslar, nə Avropa Birliyi, nə də ABŞ. Otaqda ancaq ermənilər və azərbaycanlılar var idi. Biz sivil dialoq apardıq. Bizə heç kimin necə sülh içində yaşamaq və ya bir-birimizlə birlikdə yaşamaq lazım olduğunu söyləməsinə ehtiyacımız yoxdur. Çox yaxşı danışıqlarımız oldu - baxmayaraq ki, hələ də diplomatik əlaqələrimiz yoxdur".