AZ

Sabah 39 dərəcə isti olacaq

İyulun 27-də Bakıda və  Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Heftelik.az-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 23-26° isti, gündüz 32-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq.
Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağıdolu düşəcəyi, arabir duman olacağı ehtimalı var. Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 23-27° isti, gündüz 35-39° isti, dağlarda gecə 10-15° isti, gündüz 21-26° isti olacaq.
Seçilən
46
49
heftelik.az

10Mənbələr