AZ

Qarabağda dağlıq ərazidəki yanğınların söndürülməsinə 51 texnika, 4 helikopter cəlb olunub - RƏSMİ

Bakı.Trend:

Ağdam, Xocalı, Xocavənd, Füzuli və Ağdərə rayonlarında mürəkkəbrelyefli dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsiistiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri vətəxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumatverilib.

Bildirilir ki, hazırda yanğınların söndürülməsi əməliyyatınaFHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli XilasetməXidməti, Mülki müdafiə qoşunları, Qarabağ Regional Mərkəzi vəAviasiya dəstəsindən ümumilikdə 620 nəfərdən ibarət şəxsi heyət, 51ədəd texnika, o cümlədən 4 ədəd helikopter cəlb olunub.

Relyefin mürəkkəbliyi, havanın yüksək temperaturu və küləkliolması yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizətədbirləri günün gecə və gündüz saatlarında fasiləsiz olaraq həyatakeçirilir.

Əlavə məlumat veriləcək.

Xəbər yenilənəcək

Seçilən
56
33
az.trend.az

10Mənbələr