Almaniya Cənubi Qafqazda iqtisadi transformasiya prosesinə mühüm töhfə verə bilər.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın "Berliner Zeitung" nəşrinə müsahibəsində bildirib.
"Almaniya regionda yüksək nüfuza malikdir. Prezident Frank-Valter Ştaynmayer bu yaxınlarda Bakıda olub - Azərbaycanda ona böyük hörmət var. Qeyd etmək lazımdır ki, Almaniya təkcə sülh siyasəti sahəsində deyil, həm də xüsusilə Cənubi Qafqazın iqtisadi transformasiyası sahəsində daha çox iş görə bilər. Almaniya Avropa İttifaqında iqtisadi baxımdan supergüc və dünyanın aparıcı iqtisadiyyatıdır. Almaniya şirkətlərinin daha fəal olacağını gözləyirik", - o bildirib.