AZ

Sebastyan Valukeviç “Torino”nu “Sassuolo”ya dəyişdi

İtaliyanın “Torino” klubunun polşalı müdafiəçisi Sebastyan Valukeviç bundan sonra “Sassuolo”nun uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Sassuolo”nun rəsmi saytına istinadən məlumat verir.

Sözügedən klub 25 yaşlı mərkəz müdafiəçisini 1 illik icarə müqaviləsi əsasında heyətinə qatıb. “Sassuolo” bir mövsümlük icarə üçün “Torino”ya 1 milyon avro ödəyib.

Xatırladaq ki, Sebastyan Valukeviç 2024-cü ilin avqustunda A Seriyasının digər təmsilçisi “Empoli”dən 4,7 milyon avro müqabilində “Torino”ya keçmişdi. Polşalı futbolçunun Turin klubu ilə 2027-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur. O, geridə qalmış mövsümdə “Torino”nun heyətində 30 oyuna çıxıb.

Valukeviç “Legiya”nın yetirməsidir. Polşada “Poqon”un da formasını geyinmiş müdafiəçi İtaliyada 4 il “Kalyari”nin, 1 il “Empoli”nin uğurları üçün çalışıb.

Valukeviç 2020-ci ilin oktyabrında debüt etdiyi Polşa yığmasında da 10 oyun keçirib, 1 qol vurub.

“Transfermarkt” internet-portalı 25 yaşlı müdafiəçinin transfer dəyərini 4,5 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
50
arena.az

1Mənbələr