1-ci Liqa təmsilçisi "Mingəçevir" heyətini formalaşdırmaq üçün oyunçu seçimlərinə başlayıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, dünən baş məşqçi Ramiz Məmmədov təxminən 20-25 futbolçunu bir araya gətirib.
Ötən mövsüm bu komandanın formasını geyinən futbolçuların 95 faizi ilə vidalaşan bölgə klubu avqusta qədər yeni yerlilər tapmağa çalışacaq. Yalnız bundan sonra hazırlığa start veriləcək.
Xatırladaq ki, "Mingəçevir" son mövsümdə 1-ci Liqadakı mübarizəni 4-cü yerdə başa vurub. Aran təmsilçisi mövsüm yekunlaşandan sonra baş məşqçisi Füzuli Məmmədovla yollarını ayırıb. Onun yerini Ramiz Məmmədov tutub.
Mirağa