AZ

II Liqanın son çempionu bütün futbolçularını göndərdi

2024/25 mövsümündə Azərbaycan 2-ci Liqasının qalibi olan “Şahdağ Qusar” bütün futbolçularla müqaviləyə xitam verib.

Operativ Media xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabındakı paylaşımında bildirilib.

1-ci Liqa təmsilçisi tərəfindən oyunçulara təşəkkür ifadə olunub.

Bundan başqa yeni futbol mövsümü ilə bağlı yaxın günlərfə məlumat veriləcəyi də qeyd edilib.

Xatırladaq ki, “Şahdağ Qusar” ciddi maliyyə problemləri ilə üzləşib. Bölgə təmsilçisinin sponsoru olan AZENKO şirkəti kluba dəstəyini dayandırıb.

Seçilən
29
operativmedia.az

1Mənbələr