Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ şirkətinin Zəngəzur dəhlizi layihəsində roluna dair yayılan xəbərlərə münasibət bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, o, Almaniyanın "Berliner Zeitung" nəşrinə müsahibəsində deyib ki, bu, Ermənistanın qərar verəcəyi məsələdir.
"Əgər ABŞ şirkətləri ilə işləyirlərsə, bu onların işidir. Biz isə öz üzərimizə düşəni edirik: Gürcüstan, İran və Rusiya ilə nəqliyyat əlaqələrimizi gücləndiririk. Bu layihələr bütün bölgəyə fayda verəcək. Əgər Ermənistan istəsə, biz trans-Qafqaz dəhlizi üzərində birgə işləməyə hazırıq", - o vurğulayıb.