Bakı. Trend:
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – PrezidentAdministrasiyasının xarici siyasət məsələləri üzrə şöbəsininrəhbəri Hikmət Hacıyev “Berliner Zeitung” nəşrinə verdiyimüsahibədə ABŞ-nin Zəngəzur dəhlizi layihəsində potensial iştirakıilə bağlı şayiələri şərh edib.
Trend xəbər verirki, o, bu sualın Ermənistan tərəfinə verilməli olduğunuvurğulayıb.
“Onlar nələri müzakirə edirlər, biz bilmirik. Əgər onlar Amerikaşirkətləri ilə əməkdaşlıq edirlərsə, bu onların işidir”,- deyəHacıyev bildirib.
“Biz öz ev işimizi görürük. Bütün qonşularımızla – Gürcüstan,İran və Rusiya ilə nəqliyyat əlaqələrimizi və təmaslarımızıgenişləndiririk. Ümumi götürdükdə, belə əlaqələrin bütün regionüçün faydalı olacaq. Əgər Ermənistan buna hazırdırsa, bizməmnuniyyətlə Trans-Qafqaz Nəqliyyat Dəhlizini (TND) birgə inkişafetdirəcəyik”, - deyə Prezidentin köməkçisi qeyd edib.