AZ

Premyer Liqa klubu yeni hücumçu ilə anlaşdı

Növbəti mövsüm Premyer Liqa hazırlığını davam etdirən “Karvan” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi Uğur Cahangirovla anlaşıb. 24 yaşlı hücumçu bir müddətdir klubun düşərgəsindədir. Onunla yaxın zamanda rəsmi müqavilə imzalanacaq.

“Sumqayıt”ın yetirməsi olan Cahangirov 2023-2024 mövsümündə Əvəzedicilər liqasında 28 oyun keçirib, 27 qol vurub. O, ötən mövsüm “kimyaçılar”ın heyətində 6 görüşdə meydana çıxıb və heç nə ilə yadda qalmayıb.

Həsən Quluzadə

Seçilən
26
idmanxeber.az

1Mənbələr